F-1.az xatırladır ki, ispaniyalı sürücü ilin sonunda Formula1-dən ayrılır və gələn il böyük ehtimalla İndyCar-da yarışacaq.
Fernando Alonso: “Başqa təkliflər də var idi. Gələn il üçün Formula1-də hədəflərimin olmadığını düşündüm. Təklif aldığım Red Bull belə yarış qazanacaq səviyyədə deyil. Pouldan bir saniyəyə qədər yavaşdırlar. 5-ci, 6-cı, 7-ci yerlər istədiyim nəticələr deyil. Qərarımı bir neçə ay əvvəl verdim və xoşbəxtəm.
2007-ci ildə Red Bull böyüməkdə idi. 2010-cu il üçün də Ferrari ilə danışıqlar aparırdıq. O dövrlər Ferrari-nin ən güvənli yer olduğunu düşündüm. Bu qərarıma görə hələ də fəxr edirəm. Öncəgörən olsanız, fikriniz dəyişə bilərdi, amma Ferrari-yə yox deyə bilməzdiniz”.