F-1.az xatırladır ki, ispaniyalı sürücü Kanadada həftəsonuna pis başlasa da, sıralanma turunda 12-ci yeri tuta bilib.
Fernando Alonso: “Gözəl bir dövrə vurdum. Traffik yox idi və əlimdən gələn hər şeyi etdim. 12-ci yerdə olmaq istəməzdim, lakin bolidin performansına görə sevincliyəm. Bu yerdən başlayıb xallar ala bilərik. Tutduğum yer ideal olmasa da, yarışda mübarizənin içində olmaq istəyirik. Yarışda 10-cu döngəni alıb, düzlüklərdə yerimi qorumağa çalışacam. Çox çətinlik çəkəcəyik, lakin asanlıqla təslim olmayacağıq. Ümid edirəm ki, etibarlılıq cəhətdən problem yaşamarıq. Yarışa bəzi yeni sazlanmalarla çıxacağıq. Ümid edirəm ki, işlər bizim üçün qaydasında gedər”.