F-1.az xatırladır ki, ispaniyalı sürücü dünən komanda ilə yeni müqavilə bağlayıb.
Fernando Alonso: “Müqavilə barədə çox danışmaq istəmirik, amma təkcə onu deyə bilərəm ki, müqaviləm birillik deyil. Təbii ki, hazırda əsas məqsədim Formula1 olacaq, amma gələcəkdə nələr olacağını bilmirəm. Başqa seriyalarda da şansımı sınaya bilərəm. Amma hazırda bu ehtimallar arasında deyil. 24 saatlıq Le Man marafonunda yarışmaq istəyərəm. Əgər şərtlər uyğun olsa, niyə də yox? Dediyim kimi hələlik belə planımız yoxdur. Ümid edirəm Renault ilə hər şey daha yaxşı olar”.