F.Alonso mükəmməl startının sirrini açıqlayıb

Alpine komandasının sürücüsü Fernando Alonsonun yaxşı start almasında sürücülər paradının böyük rolu olub.

F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa 11-ci yerdən başlasa da, Strollun cəza alması ilə 10-cu yerə yüksəlib. Təcrübəli pilot startda 7-ci yerə qədər gəlib. O, bunu yarış trayektoriyaslından kənarı tutaraq edib. Əksər sürücülər yarış trayektoriyasının kənarından start alarkən çətinlik çəksə də, Alonso 3 yer qazanıb.

Fernando Alonso: “Yaxşı start aldım. İlk döngəni xarici trayektoriyadan keçməyi seçdim. Parad vaxtı bəzi müşahidələr etdim, çünki parad çox yavaş gedirdi. Parad maşını ilk döngədə olarkən xarici trayektoriyada dayandı. Oraya 20 saniyə diqqətlə baxdım və gördüm ki, trayektoriyada əməlli-başlı ilişmə var. Çınqıl və ya qabar yox idi. Çox təmiz idi. Öz-özümə dedim ki, ilk döngəni xarici trayektoriyadan almalıyam. Rəqiblərim daxili trayektoriyada diqqətlə əyləcə basdığı halda mən bir neçə yer qazandım”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*