F-1.az xəbər verir ki, Belçika Qran Prisinin ilk sərbəst yürüşlərində Fernando Alonsonun trasa çıxa bilməməsinin səbəbi ERS sistemindəki su sızıntısı olub. Spaya yenilənmiş motoru gətirən McLaren komandası Alonsonun motorunun tamamilə dəyişdirilməsini qərara alıb. Bununla da, ispan sürücü 35 yer cəzası alıb və yarışa son sıradan başlayacaq.
Sauber komandasının pilotu Markus Erikson isə Spada 6-cı turbindən istifadə edəcək. Buna görə də o, startda 10 yer itirəcək.