F-1.az xatırladır ki, ispaniyalı sürücü vətənindəki yarışa sonuncu yerdən başlasa da, xal qazana bilib.
Fernando Alonso: “İspaniyadakı yarışdan həzz aldım. Keçən il pandemiyata görə tribunada azarkeş yox idi. Buna görə də onları yenidən görmək gözəl oldu. Şənbə günü pis keçsə də, bazar günü əla yüksələrək, xallar qazandım. Yarış əla keçdi. DRS faydalı işləyərək, bizə ötməlrədə kömək etdi. Barselonada ötmə etmək çox vaxt çətin olur. Ümod edriəm ki, performansımızı düzəldərik.
İndi isə Monako yarışı var. Bu trası sevirəm. Təqvimin ən gözəl yarışlarındandır. Yeni nəsil maşınları burada sürmık çətin olacaq. Şəhər tipli traslarda xırda səhv sizə baha başa gəlir. Trafikə görə sıralanma turu da çətin keçir, amma mən problemlərlə mübarizə aparmağa hazıram”.