F.Alonso: “Monako yarışı McLaren şassisi üçün test olacaq”

McLaren komandasının sürücüsü Fernando Alonso düşünür ki, Monakonun dar yolları McLaren-in şassisi üçün ən böyük testlərdən biri olacaq.

F-1.az xatırladır ki, Monako trasında bolidlərdən maksimum asfalta yatma qüvvəsi tələb olunur. Mütəxəssislər düşünürlər ki, McLaren-in şassisi mühərriyə nisbətən daha yaxşı vəziyyətdədir. Monako trası isə mühərriyə tələbkar tras olmadığı üçün McLaren burada əla xallar qazana bilər.

Fernando Alonso: “Monako xüsusi trasdır. Yer üzərində orada yarışmağı sevməyən çox az sürücü var. Ora dar olduğu üçün ötmə etmək demək olar ki, qeyri-mümkündür. Bu əsəblərinizi poza bilər, amma mükəmməl bir dövrə vurduğunuzda və ya ötmə etdiyinizdə özününzü xoşbəxt hiss edirsiniz.

Monako trasınının xarakteristkasına görə orada bolidi sazlamaq doğrudan da çətin olur, ancaq orada tez-tez gözlənilməz yarışlar alınır. Bu trasın xarakteristkasına görə baş verir. Mən inananıram ki, bolidimizi bu trasa uyğun sazlaya biləcəyik, çünki şassimizin balansı yaxşıdır. Tras bizə əlverişli olduğu üçün, harada olduğumuzu görmək maraqlı olacaq.

Monako trasının digər fərqli cəhəti isə, burada sıralanma turunun digər traslara nisbətən daha vacib olmasıdır. Barselonada McLaren və Honda-nın ikinci tərəfdaşlığında ilk dəfə 3-cü sessiyaya keçməyimiz bizə motivasiya verdi. Buna görə də mümkün qədər yaxşı nəticə almaq istəyirik.

Monako çox vacib trasdır və buna görə də şassidən və güc qurğusundan maksimumu ala bilmək üçün etibarlılıq və strategiya çox vacib olacaq. İspaniyadakı məyusluqdan sonra testlərdəki performansımız bizə cəsarət verdi və mən testlərdən razı qaldım. Buna görə də bunu növbəti həftəsonunda yaxşı nəticəyə çevirmək lazımdır. Bu mövsümün ən yaxşı yarışı olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*