F.Alonso: Monako QP mənim üçün ev yarışıdır

Fernando bu il uğurlu çıxışını davam etdirir və bir çoxlarının fikrincə, dar Monako küçələrində qələbəyə çox yaxın ola bilər.

F-1.az xəbər verir ki, ispan sürücü bu Qran Prini özü üçün ev yarışı hesab edir.

Fernando Alonso: “Bir növ Monakodakı yarış mənim ev yarışımdır, çünki mən trasa yaxın yaşayıram! Keçən həftə Qran Prinin ləğvindən sonra sükan arxasına qayıtmaq əladır, lakin ümid edirik ki, İtaliyada hər kəs təhlükəsiz yerdədir və yarışmamaq qərarı düzgün qərar idi.

Formula 1 sürücüləri həmişə Monakonu səbirsizliklə gözləyirlər. Bu küçələrdə çıxış etmək heç nə ilə müqayisə oluna bilməz. Avtomobilin bu cür yavaş yolda necə davranacağı ilə maraqlanırıq. Bu həftə sonu düzgün parametrləri tapmaq və sürəti mümkün qədər tez yığmaq vacibdir.

Monakoda ötmə çətin olur, ona görə də start düzümündəki mövqe bazar gününün nəticəsi üçün həlledici olacaq. Güclü şənbə günü keçirsək, bu həftəsonu daha bir yaxşı nəticə gözləyə bilərik”.

Xatırladaq ki, Fernando geridə qalan beş yarışın dördündə podiumun üçüncü pilləsinə yüksələ bilib. O, yalnız Bakıda yarışı dördüncü yerdə tamamlayıb.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*