F.Alonso: “Milyonda bir olar…”

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, Meksikadakı kimi insident milyonda bir olur.

F-1.az xatırladır ki, yarışın startında Okonun bolidindən qopan qırıntı ispaniyalı sürücünün maşınının radiatorunu zədələyib və Alonso mübarizəni ilk dövrədə dayandırıb.

Fernando Alonso: “Məyusedicidir. Bəxtim heç gətirmədi. Önümdəki maşınlardan qırıntılar qopub maşınıma dəydi. Bu insidentlə əlaqəmiz yox idi. Qırıntı radiator girişinə dəydi. Belə hal milyonda bir olar və Meksikada bizim başımıza gəldi. Məyusedici olsa da, azarkeşlərin dəstəyi əla idi. Qeyri-adi gün idi. Səkkizinci və ya on ikinci ola bilərdik. Buna görə də qəzaya görə məyus deyiləm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*