F.Alonso məyusdur

Fernando Alonso testlərin ilk günündə yeni McLaren MCL32-ni cəmi 29 dövrə sürə bilib və buna görə məyus olub.

F-1.az xatırladır ki, ispaniyalı sürücü günün ilk yarısında yağ sistemində, nahardan sonra isə mühərriyə görə problemlər yaşayıb.

Amma ispaniyalı sürücü bu problemlərə görə narahat deyil: “Qış testlərinə mükəmməl formada başlaya bilmədik. Son iki ildəki problemlərdən sonra bugünkü problemi şişirtmək sizə həzz verir.

Biz indi itirdiyimiz zamanı kompensə etməliyik. Dediyim kimi ilk gün lazımi qədər dövrə vura bilmədiyimiz üçün məyusuq. Bu gün itirdiyimiz vaxtın fərqindəyik. Çempionat başlamamışdan əvvəl hər sürücünün 4 günü olur və bunlardan biri uçdu getdi. Yaxşı hal deyil, amma olanımız budur.

Hələ testlərin ilk günüdür və buna görə də nə həyəcan, nə də narahatlıq olur. Hələ vaxtımız var. Trasa çıxırsınız və ilk dövrədə nəsə xarab olur. Dediyim kimi bu il zaman önəmlidir. Yeni təkərlərlə və reqlamentlə üz-üzəyik. Az vaxtda çoxlu məlumatlar toplamalıyıq. Mənim 3 günüm var. Həm texniki, həm sürüş cəhətdən həddi tapmaq lazımdır. Bu bolidə və təkərlərə uyğun olan sürüş tərzinizi tapmalı, sükana, start prosedurlarına, pit-stoplara və bolidin və təkərlərin ölçüləri dəyişdiyi üçün fərqliləşən çox şeyə uyğunlaşmalısınız. Mənim isə bir günüm uçub getdi. Amma problem deyil. Təcrübəliyəm və bolidlərə daha tez uyğunlaşıram. Bu həmişə belə olub. Bolidlərə hamıdan tez uyğunlaşıram və bu il də bunu edəcəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*