F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa 5-ci yerdən başlasa da, yekunda 9-cu yerlə razılaşmalı olub.
Fernando Alonso: “Bizim üçün yaxşı keçmədi. Tempimiz yox idi. Buna görə məyusam. Həm də təkərlər tez yeyilirdi. Buna baxmalıyıq.
Startda da zəif idim. Bu yarlışdan dərslər çıxarmalıyıq. Ümid edirəm ki, əsas yarışda yaxşı xallar qazanarıq. Bu yarış sıralanma turunun 4-cü sessiyası kimi idi.
Sprint yarışında Peres və Sayns sürətli idilər. Onların tempindən xəbərdar idik və bilirdik ki, 5-ci başlayırıqsa, maksimum 7-ci olarıq. İki xal itirdik. Yarışda isə daha çox xal qazanmaq şansımız olacaq”.