F-1.az xatırladır ki, britaniyalı komanda Honda ilə keçirdiyi 3 uğursuz mövsümdən sonra yaponiyalı istehsalçı ilə yollarını ayırmış və Renault ilə müqavilə bağlamışdı. Lakin McLaren komandasının builki ən yaxşı nəticəsi Avstraliyadakı 5-cilik olduğu halda, Honda mühərrikli Toro Rosso Bəhreyndə 4-cü yeri tutmuşdu.
Fernando Alonso: “Yaxşı sıralanma turu və ya yarışdan sonra bir komanda barədə danışmaq yersizdir. Ferrari hər qələbə qazanandan sonra məndən oradan ayrıldığım üçün peşman olub-olmadığımı soruşurdular. Amma Mercedes son 4 ildə bütün titulları qazandı. İndi isə Toro Rosso barədə soruşursunuz.
McLaren indi tam hazır deyil və buna görə məyusuq. Fanatlarımıza istədiyimiz nəticəni verə bilmirik. Əlimdən gələni edirəm, ancaq inkişaf lazımdır”.