F-1.az xatırladır ki, Fernando Alonso 2014-cü ilin sonunda McLaren-ə transfer olunmuşdu. İspaniyalı sürücü britaniyalıların heyətində hələ də podiuma yüksələ bilməyib və cəmi 3 dəfə 5-ci ola bilib.
Xatırladaq ki, Alonso son qələbəsini 2013-cü ilin İspaniya yarışında əldə edib.
Fernando Alonso: “Çox xoşbəxtən. Karyeramın ən yaxşı komandası ilə işləyirəm. Burada daha yaxşı məlumatlar alıram. Təhlillər, bazadakı işlər və bolidin dizaynı ilə bağlı fəlsəfə tamamilə fərqlidir. Sürücü komandaya daha çox məlumat verir. Yeganə çatışmayan şey isə rəqabətədavamlı boliddir. Təşkilatçılıq və bu cür başqa nüanslar çox mükəmməldir”.
Alonso Ferrari-dən ayrıldığı üçün peşman olmadığını təkrar edib: “Ferrari-də 5 mükəmməl mövsüm keçirdim. Amma son iki mövsümdə Ferrari-də yarışsaydım, 6-cı yox, 2-ci olardım və buna görə də daha çox əsəbləşib məyus olardım. Mən orada olanda heç olmasa, son yarışa qədər çempionluq uğrunda mübarizə apardım. Amma hazırda 5-ci yer uğrunda mübarizə aparırlar. Belə görünür ki, vəziyyətləri daha da pis olacaq. Ferrari-yə qarşı həmişə simpatiyam olub, amma sağollaşmaq üçün doğru zaman idi və ayrıldım”.