F-1.az xatırladır ki, McLaren keçən ilin qış testlərində etibarlılıq problemləri yaşayırdı və yarış tempində işləmək mümkün olmamışdı.
Erik Bulye: “Bu testlərdən sonra Alonso açıq-aydın dedi ki, “bu il yarışmağı yenidən nəzərdən keçirəcəm, çünki karyeramın ən bərbad mövsümü olacaq”.
Mənim əsas narahatlığım komandanın dağılması idi. Domino təsirini çox yaxşı bilirəm. Bu işlər belədir. Zəifsinizsə, rəqibləriniz gəlib istədikləri adamı əlinizdən alarlar. Formula1 komandası qurmaq illərlə çəkən prosesdir, amma altı ayda dağıla bilər”.