F.Alonso: “McLaren-dən ayrılmaq səbəbim Həmilton deyildi”

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, 2007-ci ildə McLaren-dən ayrılmağının səbəbkarı Lyuis Həmilton olmayıb.

F-1.az xatırladır ki, Mercedes Rosberqin əvəzinə yeni sürücü axtarır və Fernando Alonso ən real namizədlərdəndir. Amma ispaniyalı sürücü ilə Həmiltonun 2007-ci ildəki qalmaqallı mövsümü komandaya bu addımı atmağa mane olur.

Fernando Alonso: “2007-ci ildə McLaren-dən Həmiltona görə ayrılmadım. Mənə əvvəl dedilər ki, komanda yoldaşın Kimi Rəykkönen olacaq, amma o, Ferrari-yə getdi. Sonra dedilər ki, Montoya olacaq, amma o da komandadan getdi. Sonra da dedilər ki, de la Rosa olacaq. Amma mövsümün başlanmasına bir neçə ay qalmış Həmiltonun adı ön plana çıxmağa başladı. Mən də tamam dedim. Çox güclü olmağı hamını təəccübləndirdi. Amma komanda iki sürətli sürücünü idarə edə bilmədi. Bu gün Ferstappenlə olan siyasi şəraitin oxşarı meydana gəldi. Pis idarəçiliyə görə həm sürücülər, həm Mühəndislər Kubokunu əldən verdik. Bolidin qalib gəlmək üçün sürəti var idi. 2007-ci il yenilik ili idi və Bridgestone təkərləri fərqli xüsusiyyətlərə sahib idi. Bolid fərqli idi və çox sürüşürdü. Buna görə də sürüş stilimizi dəyişməli olduq. Bütün bunlar Həmiltona kömək etdi və qısa müddət ərzində real rəqib oldu. Ən yaxşı bolidlə hər iki çempionluğu da əldən verdik və buna görə də komandadan ayrıldım.

Ən yaxşı performansımı göstərmək üçün güclü komandaya ehtiyacım var. Əgər komanda təzyiqi yaxşı idarə bilməsə və səhv yöndə hərəkət edərsə, mən də başqa yerdə motivasiya axtararam. Həzz almaq üçün buradayam və 100 faizlik gücümlə mübarizə aparıram. Əgər komanda mənim istədiyimi verməsə, əvvəllər etdiyim kimi komandamı dəyişərəm”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*