F-1.az xatırladır ki, McLaren ilk 4 yarışın hamısından xalla ayrılıb və güc qurğusunda heç bir dəyişiklik etməyən yeganə Renault mühərrikli komandadır.
Fernando Alonso: “Keçən illə müqayisə doğru olmaz. Nəticədə fərqli şəraitdə yarşırıq. Bakıda həmişə mühərrik dəyişdirdiyimiz üçün 20-ci yerdən başlayırdım, amma Renault mühərriyi ilə belə problem yaşamadığım üçün xoşbəxtəm. İlk 4 yarışdan sonra güc qurğusunun heç bir elementində dəyişiklik etməmişik və bu, böyük uğurdur. Bunun hesabına 36 xal yığdıq. Yarışlara yumşaq tərkiblərlə getmək bizim üçün yaxşı oldu. Təkərləri işlətməkdə problem yaşamırıq. Bu da bizə üstünlük qazandırır”.