F-1.az xatırladır ki, ispaniyalı sürücü keçən il karyerasını bitirdikdən sonra bu il Bəhreyndəki testlərlə yenidən F1 bolidinin sükanı arxasına keçib. İkiqat Dünya Çempionu gün ərzində 64 dövrə vurub.
Fernando Alonso: “Bolid inkişaf edib. Bu bolidin asfaltla ilişməsi daha yaxşıdır. Mühərrikdə də inkişaf var. Paket də doğru yöndə yığılıb. Amma yuxarıdakı komandalarla mübarizə aparmaq üçün lazımi işlər görülməlidir. Məncə, dördüncü yeri tutmaq ilkin hədəf olmalıdır”.