F-1.az xatırladır ki, ispaniyalı sürücü birinci sərbəst yürüşlərdən sonra 1:46.465 zaman nəticəsi ilə lider Valtteri Bottasdan 2.223 saniyə geri qalıb. Lakin ikiqat Dünya Çempionu ikinci sərbəst yürüşlərdə 1:43.700 zaman nəticəsi göstərib və lider Rikkardoya cəmi 0.9 saniyə uduzub.
Fernando Alonso: “MCL33 bu gün çox rahat idi. Belə hallar şəhər tipli traslar üçün vacibdir. Döngələrə sürətli girmək üçün özünüzə inam olmalıdır. Bolidimiz bu gün 3 selktorda da yaxşı idi. Ümumilikdə rahat idik və performansdan razıyam. Sürətli dövrəmdə Hülkenberqi geridə qoyarkən onun hava kisəsinə girdim. Bəxtim gətirdi. Buna görə son sektorda cüzi də olsa, vaxt qazandım. Sabah sıralanma turunda son sessiyaya çıxmaq çətin olacaq. Amma Bakıda doqquz və ya onuncu yerdən başlamaqdansa, 11 və ya 12-ci yer daha əlverişlidir. Çünki son sessiyaya qala bilməsək, yeni təkərlərimiz olacaq. Son sessiyaya qalsaq, təkərlərimiz yeni olmayacaq”.