F-1.az xatırladır ki, ispaniyalı sürücü sabiq komanda yoldaşını uzun müddət yaxından izləmiş və pit-stoplardan sonra son yarışına çıxan Massanı gözəl hücumla geridə qoya bilmişdi.
Fernando Alonso: “İşlər istədiyimiz kimi getdi. Onu pitlərdən sonra keçə bildim. Yaxşı yarış idi. Bizim üçün həyəcanverici deyildi. Sadəcə mübarizə apardıq və daha sonra təkbaşına finişə qədər getməli oldum.
McLaren Honda layihəsi üçün vacib yarış idi. Xal almaq istəyirdik və son yarışımızda buna nail olduğum üçün sevincliyəm. Üç ildir bu layihənin içindəyik. Gördüyümüz işlərlə fəxr etməliyik. Nəticə olaraq istədiklərimizi əldə edə bilməsək də, hamı çox işlədi. Yollarımızı ayırırıq, amma ümid edirəm ki, hər iki tərəf də gələcəkdə yaxşı nəticələr qazanar”.