F.Alonso Maqnusseni dəstəkləyib

Fernando Alonso Kevin Maqnussenin halo sisteminin yanğın vaxtı yarada biləcəyi təhlükələrlə bağlı fikirlərini dəstəkləyib.

F-1.az xatırladır ki, Kevin Maqnussenin bolidi Malayziyadakı sərbəst yürüşlərdə yanacaq sızıntısına görə yanmışdı. Yanğın bolidin arxa tərəfində baş verdiyi üçün danimarkalı sürücü bolidi bir neçə saniyə ərzində tərk edə bilmişdi.

Amma 2018-ci ildən etibarən istifadəsi planlaşdırılan halo sistemi boliddən çıxma müddətini artıra bilər.

Formula1 sürücülərinin həmkarlar ittifaqının sədri Aleks Vürs Maqnussenin qorxularının mənasız olduğunu düşünsə də, Alonso danimarkalını dəstəkləyib: “Halonu Sinqapurda yoxlayanda gördüm ki, boliddən çıxmağı çətinləşdirir. Bundan başqa, boliddən çıxanda ayağını haraya qoyacağını bilmirsən. Censon kimi uzun ayaqlarınız varsa, çıxmaq asan ola bilər, amma mən və ya Felipe kimi sürücülər üçün çətin olacaq. Buna görə də sistemin gecikməsi yaxşı olub, çünki hər şey dəqiqliklə hesablanmalıdır. Sistemin daha yaxşı vəziyyətə gətirilməsi üçün bir yol ola bilər və boliddən daha tez çıxa bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*