F.Alonso: Maksimum xal almalıyıq

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, Braziliyada maksimum xal almağa çalışacaq.

F-1.az xatırladır ki, ispaniyalı sürücü İnterlaqosda 8 dəfə podiuma yüksəlib.

Fernando Alonso: “Braziliya yarışları həmişə müəmmalı olub. Buna görə də orada həmişə maraqlı yarışlara şahidlik etmişik. Hava barədə bir söz demək çətindir. Bu həftəsonu ərzində dəyişkən hava şəraiti görə bilərik.

Sprint yarışına görə McLaren-lə fərqi artırmaq üçün əlimizdə iki şans olacaq. Hədəfimiz mümkün qədər çox xal yığmaqdır. Bütün yarışlarda hədəfimiz bu olub.

Təmiz həftəsonu keçirməli və texniki problemlərdən qaçmalıyıq. Bunu edə bilsək, xal alacağıq. Sona qədər əlimizdən gələni edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*