F-1.az xatırladır ki, ispaniyalı sürücü Çin yarışına 13-cü yerdən start verəcək. Beləliklə, McLaren komandası mövsümün 3-cü sıralanma turunda da son sessiyaya qala bilməyib.
Fernando Alonso: “11-ci yer ən ideal idi və o yer üçün işləyirdik. Çünki strategiya seçimi üçün ən yaxşı yer oradır. Lakin mümkün olmadı və 13-cü yer maksimum idi. Sabah çoxlu xal almağa çalışacağıq. Yerimiz pis deyil. Son sessiyaya qalan bütün sürücülər problem yaşayacaqlar. Çünki UltraSoft tərkiblərə görə erkən pit-stop edəcəklər. Biz isə Bəhreyndəki kimi tempimizi artırmalıyıq”.