F-1.az xatırladır ki, niderlandlı sürücü son yarışa Həmiltonla bərabər xalda başlayacaq.
Fernando Alonso: “Hər şey boliddən asılı olacaq. Mercedes son yarışlarda güclüdür və bir neçə yarış qazadılar. Lakin Maks bu il hamımızdan güclüdür. Ciddədə sıralanma turunda divarlara sürtə-sürtə gedirdi. Onu Red Bull yox, Maks edirdi. Məncə, Mercedes Mühəndislər Kubokuna layiqdir. Çünki maşın çox güclüdür. Sürücülər Çempionluğuna isə Maks layiqdir’.