F-1.az xəbər verir ki, ispan sürücü komandanın sahibi Lourens Strollun hədəf və ambissiyalarından razıdır.
Fernando Alonso: “Gəlin görək nə qədər sürətli olacağıq, amma bu, komanda üçün yaxşı həftəsonu olmalıdır. Lakin reallıqda bunun necə olacağını yalnız trasa çıxandan sonra biləcəyik. Barselonadakı mərhələdən böyük gözləntilərimiz var idi, lakin yarışda yaxşı çıxış etmədik. Görək bu dəfə işlər necə gedir. Bəzi yeni detallarımız var və biz onları sınaqdan keçirməyə çalışacağıq, lakin çox şey havadan asılı olacaq. Ümid edirəm ki, Barselonadakından daha rəqabətədavamlı olacağıq.
İnanırıq ki, yenilənmələr bir az irəliləməyə kömək edəcəkdir. Builki avtomobil Aston Martin üçün tamamilə yeni bir layihə idi – yeni fəlsəfə, istəsəniz, maşının necə işlədiyinə dair yeni konsepsiyadır. Hər yarışda biz yeni bir şey öyrənirik və yeni parçalar gətirməklə maşını optimallaşdırmağa çalışırıq. Onların sayın gələcəkdə daha çox olacaq”.
Fernandodan bu həftəsonu komandadan ikiqat podium gözləyən Lourens Strollun sözlərini şərh etməsi istənildikdə, ispaniyalı sürücü belə cavab verib: “Bunu əvvəlcədən bilmirsən. Həftəsonu üçün kifayət qədər aqressiv hədəfdir, lakin biz Lourensi tanıyırıq – onun həmişə çox böyük ambisiyaları var. Biz onu sevindirməyə çalışacağıq və doğma Qran Pridə qürur duymasına əsas yaradacağıq”.