F-1.az xəbər verir ki, Fernando özü ilə müqayisədə xeyli təcrübəsiz olan komanda yoldaşından çox şey öyrənə biləcəyini qeyd edib.
Fernando Alonso: “Onun komanda ilə qazandığı təcrübə ilk iki yarışda mənim üçün çox vacib olacaq. Yadımdadır, 2021-ci ildə idmana qayıtdıqdan sonra ilk dörd-beş yarışda ön təkərləri hiss etmək, sükanı və buna bənzər şeyləri hiss etmək mənim üçün çox çətin idi. Güman edirəm ki, bu prosesi yenidən yaşayacağam, çünki bu, yeni komanda, yeni güc sükanı, yeni yarış fəlsəfəsidir və Lənsdən öyrənə biləcəyim çox şey var.
İkimiz də hiss edirik ki, bu, hər bizim üçün vacib bir mövsümdür. Ləns üçün də, çünki o, artıq bir neçə ildir komandadadır və məncə, hər ikimiz üçün səviyyəmizi yüksəltmək və komandaya kömək etmək vaxtıdır”.