F-1.az xatırladır ki, ispaniyalı sürücü Haas komandasının sürücülərinin mübarizəni dayandırmasından və virtual təhlükəsizlik maşını rejimindən maksimum istifadə edərək, 10-cu başladığı yarışı 5-ci yerdə bitirib.
Fernando Alonso: “Sözün açığı, gözlədiyimiz nəticəni aldıq. Sıralanma turuna nisbətən yarış tempimizin daha yaxşı işləyəcəyini bilirdik. Dünəndən sonra problemləri həll edərək, yarışda daha güclü olduq. Son 20 dövrədə Ferstappenin təzyiqini hiss edirdim. Lakin yaxşı müdafiə olunaraq yerimi qorudum”.