F-1.az xatırladır ki, polşalı sürücü 2011-ci ildə rallidə qəza etdikdən sonra biləyini zədələmiş və bir də Formula1 bolidi sürə bilməmişdi. Lakin 32 yaşlı sürücü Kanada yarışından əvvəl Lotus-un 2012-ci il bolidi E20 ilə Valensiyada 115 dövrə vurmuş və bundan sonra Formula1-ə qayıtmağa hazır olduğunu demişdi.
Fernando Alonso: “Kubitsa yarışdığı bütün seriyalarda uğur qazanmış sürücüdür. O, öz nəslinin ən yaxşı sürücülərindəndir. Heyif ki, yaşadığı qəzaya görə Formula1-dən çox uzaq qaldı. Amma bir gün qayıtmasını istəyərəm. Kubitsanın testlərdə iştirak etdiyini bilirəm, eyni zamanda, Renault-nun onunla işləmək istəmədiyi ilə bağlı xəbər oxudum. Yəni ki, tezliklə qayıtmaq şansı çox azdır. Onunla hərdən danışırıq, lakin testlərdən sonra danışmadıq. Son vəziyyətindən xəbərsizəm”.