F.Alonso: Komanda məni dinləmədi

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, komandası iki pit-stopu da vaxtından gec edib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü restartdan sonra yaşıl təkərlərə keçən son sürücü olub və buna görə də Vettelin arxasına düşüb. İkiqat daha çempionu daha sonra bir pit-stop da edib. Bunun hesabına son dövrələrdə sürətli olsa da, yarışı yenə də Fettelin arxasında 7-ci bitirib.

Fernando Alonso: “Yarış həm əyləncəli, həm də xaotik idi. Göstərdiyimi şou ilə azarkeşləri sevindirdik. Komanda yaxşı xallar qazansa da, daha yüksək yerlər tuta bilərdik.

Yağışa, təhlükəsizlik maşınına və qırmızı bayraqlara görə yarışa nəzarət etmək çətin idi.

Düzgün strategiya seçmədik. Səhvlər etdik. Əvvəlcə keçid təkərləri üçün pitə gəlməkdə gecikdik. Buna görə bir yer itirdik. Daha sonra yarışın bitməsinə 6 dövrə qalmış ikinci dəfə pitə gəldik. Məncə, yenə gecikdik və mən irəliyə gedə bilmədim. Hər iki halda da komandaya tez pit-stop etmək istədiyimi dedim. Deyəsən mikrofonum işləmirdi. Məncə, ikinci pitə sona 10-12 dövrə qalmış gəlməli idik. Niyə belə etdik bilmirəm. Böyük fürsəti əldən verdik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*