F-1.az xatırladır ki, ispaniyalı sürücü 2018-ci ildə karyerasını bitirmiş, amma 2021-ci ildə Alpine ilə yenidən idmana qayıtmışdı.
Fernando Alonso: “Mercedes-lə heç danışıqlar aparmadım. Amma Red Bull-la görüşdük. Sözün açığı, 2022-ci ildəki reqlamentlər olmasa, idmana qayıtmazdım. Çempion ola biləcəyimi demək istəsəm də, bilmirəm… Böyük komandalar mübarizəyə hazır olsalar da, digərləri çox iş görməlidirlər. Gələn il bütün komandalar qələbə uğrunda mübarizə apara bilərlər”.