F.Alonso: Kimi ilə bu dünyanın saxtalığından danışırıq

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, Kimi Raikkonenlə həmişə Formula1 Dünyasınıb saxta olduğunu müzakirə edirlər.

F-1.az xatırladır ki, hər iki sürücü də 2001-ci ilin Avstraliya yarışında debüt ediblər və indiyə kimi 300-dən çox yarış keçiriblər. Onlar F1 pilotu olduqları üçün yaxşı pulları var idi, amma yarış bitdikdən sonra özlərini sadə insanlar kimi aparırdılar.

Fernando Alonso: “Kimi və mən Formula1 barədə müzakirələr aparırıq. Bir şarın içində yaşayırıq və normal həyatımız yoxdur. İmkanımız var. Yaxşı təyyarələrdə uçuruq, beşulduzlu otellərdə qalırıq, amma bazar gecələri normal insanlara dönürük. Bu dünyanın saxtalığına gülürük.

Kimi və mən Formula1-də əla mövsümlər keçirdik. İkimiz də Dünya Çempionu olduq. 2001-ci ildə özümüzə güvənmirdik. Onunla bu yolda bir yeridiyim üçün çox xoşbəxtəm.

Hava limanında, paddokdan kənarda, restoranlarda və şənliklərdə bir neçə dəfə qarşılaşmışıq. Yarışlardan sonra ən çox görmək istədiyim adamlardan biridir. Hər şey barədə danışmaq olur və mövzuya birbaşa girir.

Gələn il onun üçün darıxacağıq. Çox dürüstdür və oyun oynamağı sevmir. Olduğu kimidir. Çox danışmayan, soyuq birinə bənzəsə də, arxasında başqa adam var. O, Buz Adam deyil. Tras xaricində daha istiqanlıdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*