F-1.az xatırladır ki, Fernando Alonso mövsümün ilk yarışı Avstraliyada mükəmməl performans göstərsə də, sona 4 dövrə qalmış asılqanı qırılmış və mübarizəni dayandırmalı olmuşdu.
Mark Uebber: “Alonso komandası McLaren-lə davam etməyə bilər. Bəlkə də, Stoffel Vandornun yeni komanda yoldaşı olar. Alonso hazırda çox məyusdur. O, 6-cı və ya 7-ci olmaq üçün mübarizə aparmaq istəmir. Xal qazanmaq onun üçün vacib deyil. Qələbə uğrunda mübarizə aparmaq istəyir”.
Uebber gənc Stoffel Vandorn barədə də xoş sözlər deyib: “Onun gözəl karyerası olacaq. Amma komandası və bolidi rəqabətədavamlı deyil. Lakin bir gün zirvəyə yüksələcək. Bu cür çətin vəziyyətdən çıxa bilər. O hələ ilk mövsümündə öyrənməklə məşğuldur”.