F-1.az xatırladır ki, Türkiyə Qran Prisi 2005-ci ildə Formula1-də debüt etmiş və 2011-ci ildəki yarışdan sonra təqvimlə vidalaşmışdı.
Fernando Alonso: “İstanbuldakı yarışı həmişə sevirdim. O trasın fərqli xüsusiyyəti var idi. Fərqli yüksəkliyə sahib olduğu üçün çətin idi. Orada yarışmağı sevirdim. Manyi Kur trası da gözəl idi. Sizdən fərqlilik tələb edən trasdır və o trasın da təqvimə qayıtmasını istəyərəm”.