F-1.az xatırladır ki, ispaniyalı sürücü Ostində 7-ci yerdə gedərkən, mühərrik problemi yaşamış və vacib xallar itirmişdi.
Fernando Alonso: “Meksikanı və oranın insanlarını çox sevirəm. Ümid edirəm onlara gözəl şou göstərərik. Bizim üçün çətin həftəsonu olacaq. Böyük ehtimalla, mühərrik cəzası alıb sonuncu yerdən başlayacam. Tras ötmələr üçün əlverişli deyil və buna görə də trafikdən əziyyət çəkə bilərik. Amma Amerikada test etdiyimiz detallar müsbət nəticələr verdi və burada bunun üstünlüyündən istifadə edə bilərik. Son yarışlarda çox xallar itirdik və artıq buna son vermək istəyirik. Arxadan başlasaq da, əlimizdən gələni edərək, gözəl nəticə qazanmaq istəyirəm”.