F-1.az xatırladır ki, Fernando Alonso 2017-ci ildə İndy500-də Honda mühərriyi ilə yarışmışdı. McLaren komandası onda F1-də Honda ilə işləyirdi. Lakin keçən ilin sonunda hər iki tərəf qarşılıqlı razılaşaraq yollarını ayırmışdılar.
Zek Braun: “McLaren və Chevrolet-nin avtoidmanda əlaqələri var. Bu iki markanın yenidən bir yerdə yarışması əfsanəvi marafonu daha gözəl edəcək. Chevrolet-nin də qəlbində yarış istəyi var. İndyCar-da mübarizə daha gərgin olduğu üçün burada güclü mühərriklə yarışmaq vacibdir”.
Qeyd edək ki, Chevrolet tərəfdaşı McLaren-ə 2.2 litr həcmli, ikiturbinli V6 mühərrik verəcək.