F-1.az xatırladır ki, ispaniyalı sürücü bu il Monakodan imtina edərək, İndy500 yarışında gücünü sınamaq qərarına gəlib.
Fernando Alonso: “Monako mövsüm ərzində hazırlaşdığım yarışlardandır, çünki paketimiz orada rəqabətədavamlı olmalıdır. Buna görə də İndy500 ilə üst-üstə düşməsi pis oldu, ancaq bu qərar ilə uduzmayacağam, əksinə qazanacağam. Monakoda üçlüyə və ya beşliyə düşmək həzzverici nəticə olar. Amma bu əfsanəvi yarışı qazanmaq Monakoda xal qazanmaqdan daha yaxşıdır. Vacib olan Monakoda iştirak etməyəcəyim yox, İndy500-də yarışacağımdır. Bu cəlbedici xəbərdir. Avtoidman üçün gözəl gün olacaq. McLaren Honda bir gündə həm İndianapolis-də, həm də Monakoda yarışacaq.
Həm Censon, həm də Vandorn gözəl iş görəcəklər. Censonla danışmalıyam. O, bolidi və komandanı tanıyır. Monakoda maksimum nəticə alacaq. Orada xal qazanmaq şansımız yüksəkdir. Bunu ancaq Censon edə bilər və buna görə də sevincliyik. Stoffel də bolidi ən yaxşı formada sürəcək. Ümid edirəm ki, komanda xallar qazanar. Yarışda olmamağım komandaya pis təsir etməz”.