F-1.az xatırladır ki, avtoidman tarixində sadəcə bir sürücü – Qrəhəm Hill həm İndy500, həm Monako, həm də Le Man yarışlarını qazanaraq, avtoidmanın 3 tacına yiyələnib. Alonso da qeyd edib ki, bu yarışları qazanaraq, hərtərəfli sürücü olduğunu sübut etmək istəyir: “Formula1 sürücüsü üçün İndy500 çox çətindir. Bolidi hiss etmək və asfaltayatma qüvvəsi çox fərqlidir. Amma düzlüklərdə də işlər asan olmur. Ən böyük problem traffik olacaq. Bundan əvvəl bir çox sürücü Le Manda yarışdı və rahatlıqla bu seriyaya uyğunlaşdı. 24 saatlıq yarışlar daha rahat olur. Gələcəkdə bunu da edə bilərəm. Ümid edirəm ki, hədəflərimə çatmaq üçün İndy500-də qalib gələrəm”.
F.Alonso: “İndy500 Le Man-dan çətindir”
Bu il avtoidmanın brilyant qaşı sayılan Monako yarışından imtina edərək, İndy500-də gücünü sınamaq qərarına gələn Alonso bildirib ki, İndyCar seriyası 24 saatlıq Le Man marafonundan çətindir.