Asfalta qonmuş quşlar yüksək sürətlə yaxınlaşan maşını gördükdə səmaya qalxmağa cəhd ediblər, amma hər ikisi Fernando Alonsonun maşınının təkərləri altında qalıblar. Sürücünün bəxti gətirib – quşlardan hər hansı biri sürücünün dəbilqəsinə dəysəydi, sürücü ağır zədə ala bilərdi.
F-1.az xəbər verir ki, quşlar yerindəcə ölüblər. İnsidentdən dərhal sonra Andretti Autosport komandası sürücünü boksa çağırıb, mexaniklər maşını təmizləmək üçün çalışmalı olublar…