F.Alonso ilk gündən razıdır

Alpine komandasının pilotu Fernando Alonso üç ildən sonra qayıtdığı Monakonun ilk günündən razıdır.

F-1.az xatırladır ki, ispaniyalı sürücü cümə axşamı sərbəst yürüşlərini 12-ci yerdə bağlayıb. İkiqat Dünya Çempionu birinci sərbəst yürüşlərdə səhv edərək, bariyerlərə çırpılıb və ön qanadını qırıb.

Fernando Alonso: “Həmişəki kimi Monakoda çətin gün keçirdik. Cəmi 64 dövrə vurduq və yaxşı iş gördük. Boliddə bir az özümüzə inanmağa başladıq və bu, əla oldu. İlk sərbəst yürüşlərdə bəzi yenilikləri sınadıq. Sıralanma turunda necə işlədiklərini görəcəyik.

Şənbə günü trafikdə çətinlik çəkəcəyik. Cümə axşamı təmiz dövrə atmaqda çətinlik çəkdik. Trafikə yaxşı nəzarət edə bilsək, sıralanma turunda yaxşı nəticə alacağıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*