F-1.az xatırladır ki, Honda mühərrikləri ilə Alonsonun ən yaxşı nəticəsi 5-cilik olub və əksər yarışları mühərrik probleminə görə bitirə bilməyib.
Fernando Alonso: “Honda ilə ən yaxşı xatirə? Bilmirəm. Son 3 ildə performans cəhətdən zəif idik və buna görə də yarış seçmək çətindir. Keçən il Monakoda 5-ci ola bilmişdik. Amma bundan həzz almamışdım, çünki sürətli deyildik. Buna baxmayaraq, komandada ruh var. Fərqli səviyyəli komandalarda yarışdım. Amma ilk dəfə belə qərarlı və təslim olmayan bir komanda gördüm. Buraya gələndə gözləntilərim yüksək olsa da, uğursuz olduq. İndi dəyişiklik vaxtıdır və pozitivəm”.