F.Alonso: “Honda-ya arxayınam”

Fernando Alonso bildirib ki, Honda gələn il üçün Mclaren-in ən böyük problemi olmayacaq.

F-1.az xatırladır ki, Honda 7 illik fasilədən sonra 2015-ci ildə Formula1-ə qayıtmış və çoxlu problemlər yaşamışdı. Amma yaponlar bu il keçənilkinə nisbətən az problem yaşasalar da, performans cəhətdən rəqiblərindən hələ də geridə qalırlar.

Fernando Alonso: “Bu il mühərrik barədə çox şey öyrəndik. Keçənilkindən daha çox şey öyrənmişik, çünki keçənilki güc qurğusu ilə can verirdik. O mühərriyi finişə çatdırmağa çalışırdıq. Güc, batareya, etibarlılıq – hər şeydə geridə idik və heç nə öyrənmək olmurdu. Çünki istifadə edə bilmirdik.

Mühərrikdən artıq arxayınam. İndi əsas aerodinamikadır, çünki yeni qaydalar gəlir”.

Gələn il ön və arxa qanadlarda ciddi dəyişikliklər olacaq və bundan başqa təkərlər enlənəcək. Alonso ümid edir ki, McLaren bu mübarizəyə hazır olacaq: “Keçən il o qədər çətinlik çəkəndən sonra bu il yaxşı vəziyyətdəyik. Orta qrupda mübarizə apara bilirik. Gələn il son addımı atıb, bundan daha yaxşı nəticələr qazanmaq istəyirik. Yeni qaydalar bizim üçün yeni fürsətlər deməkdir, çünki hər şey bir-birinə qarışacaq. Birinci yarışa sürətli maşın çıxara bilsək, yaxşı işlər görə bilərik. McLaren-in yaxşı mənbələri var. Gələn il üçün güclü görünürük və mən çox səbirsizlənirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*