F-1.az xatırladır ki, ispaniyalı sürücü 2018-ci ildə Formula1-dən ayrılsa da, 2021-ci ildə Alpine ilə yenidən idmana qayıdıb.
Fernando Alonso: “Formula1-də yarışmadığım vaxtlarda gərgin iş qrafikim var idi, amma yenidən Formula1 bolidi ilə işləmək gözəl oldu. Artıq yarışlara hazırıq. Qızdırma dövrəsi, start, ilk döngə həyəcanı, strategiya və təkərlərə qulluq… Bilmirəm, Formula1-dəki bu hadisələr işi daha da maraqlı edir. Qayıtdığım üçün xoşbəxtəm və ümid edirəm ki, insanlar maraqlı yarışlar izləyəcəklər. 23 yarış olacaq və ümid edirəm ki, hamısı təşkil olunar və tribunalar dolar.
Testlər yaxşı keçdi. Orada proqramımıza fokuslandıq. Buna görə də rəqiblərin vəziyyəti və dövrəvi nəticələr əhəmiyyət kəsb etmir. Ümid edirəm ki, yaxşı mövsüm keçirərik”.