F-1.az xatırladır ki, ispaniyalı sürücü Aston Martin-dəki ilk yarışına 5-ci yerdə başlasa da, startda iki Mercedes-in gerisinə düşüb. Daha sonra isə iki Mercedes-i, sonra isə Ferrari-dən Karlos Saysnsı keçərək, yarışı podiumda bitirib.
Fernando Alonso: “Əvvəcə komanda yoldaşım Lənsi təbrik edirəm. Qolundan əməliyyat olunduqdan 12 gün sonra əla mübarizə apardı. Əla həftəsonu idi və ilin ilk yarışında podiuma yüksəlmək əla hissdir. Aston Martin qışda inanılmaz iş gördü və hazırda ikinci sürətli komandadır.
Sözün açığı, yarışa Red bull və Ferrari-dən öndə başlamaq və sürətimi göstərmək istəyərdim. Amma yarışa istədiyimiz kimi başlaya bilmədik və onları trasda keçməli olduq.
Buna görə həyəcanladım. Daha çox adrenalin var idi. nəticədə insanlar bundan həzz alırlar. Biz də həzz aldıq. Ciddə yarışı üçün səbirsizlənirəm”.