F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa 14-cü yerdən başlamışdı, amma yaxşı start alaraq, bu il ilk xallarını qazanıb.
Alonso yarışdan sonra bildirib ki, McLaren özünə daha böyük hədəflər seçməlidir: “İkinci döngədə olan hadisələrə görə bəxtimiz gətirdi. İnsidentdən qaça bildik.
Birinci dövrədən sonra bir neçə pillə irəlilədik və bunu qoruya bildik. Deyəsən, beşinci dövrədə 6-cı yerə qədər yüksəlmişdim. Bolidin performansı hər dövrə güclənirdi.
Bolid yaxşı təsir bağışladı, amma yanacağa qənaət etməli idik. Daha sonra öz-özümə sürətli bir dövrə atacağımı dedim.
Bolidin yaxşı potensialı var. Növbəti traslar bizim üçün əlverişli olacaq. Ümid edirəm ki, növbəti yarışlarda daha çox xal qazanacayıq. Artıq hər yarış xal almalıyıq”.