F.Alonso hər şeydən əvvəl komandası ilə danışacaq

McLaren Group-un rəhbəri Zek Braun bildirib ki, komanda müqaviləsi bitməkdə olan Fernando Alonso ən birinci komandası McLaren-lə danışıqlar aparacaq.

F-1.az xatırladır ki, McLaren komandası mövsümə çox bərbad formada başlayıb və bəzi xəbərlərə əsasən, Alonso komandadan ayrılaraq Mercedes-ə gedə bilər.

Zek Braun: “Fernando dedi ki, ən birinci bizimlə danışıqlar aparacaq və buna görə də bütün komanda çox xoşbəxtdir. Mükəmməl sürücüdür. Həm yarışdan əvvəl, həm də yarış vaxtı əlindən gələni edir. Ümid edirəm ki, komanda olaraq yaxşı işlər görərik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*