F-1.az xatırladır ki, ispaniyalı sürücü 41 yaşı olmasına baxmayaraq, çox ambisiyalıdır. O, hələ də üçüncü titul barədə düşünür.
Fernando Alonso: “Gördüyünüz işdən asılı olmayaraq, həmişə özünüzü rəqabətə meyilli hiss etməlisiniz. Mən bunu uşaq yaşlarımda hiss etdim və o vaxtdan gördüyüm hər işdə – yarışda, tennis kortunda yaxud kart oyununda hamıdan üstün olmağı hədəfləyirəm. Güclü tərəflərinizdən istifadə edərək, rəqibin zəif noqsanlarını tuta bilər və ondan istifadə etməlisiniz. Kimliyindən asılı olmayaraq hər zaman rəqiblərimlə mübarizə aparıram. Əksər sürücülər yaxşı formadadırlar. Hamıya hörmət edirəm. Hər sürücü özünə görə istedadlıdır. Hamının üstün və zəif cəhətləri var. Üstün tərəflərinizi düzgün istifadə etmək sizi rəqiblərinizdən fərqləndirir”.