Fernando Alonso: “Heç vaxt yarışlardan tamamilə ayrılmaq barədə düşünməmişəm. Karyera sonrası həyat məni qorxudurmu? Bəli, qorxuludur. Ehtiyat planım yoxdur. Bütün həyatımı yarışlara sərf etmişəm və yaxşı olduğum tək şey budur. Başqa heç nə oxumamışam və bütün həyatım avtoidmanla bağlıdır. Gələcəkdə Formula1-i tərk etməli olsam, mütləq başqa yerdə yarışacam. Məsələn, mən hələ də Dakarda qalib olmaq istəyirəm. Sadəcə evdə oturmaq perspektivi məni qorxudur”
F.Alonso: Həmişə evdə qalmaq fikri məni qorxudur
F-1.az xəbər verir ki, ikiqat dünya çempionu avtoidmanda yarışmaqdan tamamilə imtina etməli olacağı andan qorxduğunu etiraf edib.