F.Alonso: “Həmişə ən güclü maşınla yarışmaq istəmişəm”

Karyerası boyu Renault, Ferrari və McLaren kimi böyük komandalarda mübarizə aparan pilotun son illər işləri qaydasında getmir.

F-1.az xatırladır ki, 2005-ci və 2006-cı illərdə dünya çempionu olan, 2007, 2010 və 2012-ci illərdə isə çempionluğu son yarışda əldən verən ispaniyalı sürücü keçən il McLaren Honda-ya keçmişdi və bu da komandanın tarixi boyu ən zəif təsir bağışladığı mövsümə təsadüf etmişdi.

Fernando Alonso: “Həmişə ən yaxşı maşını idarə etmək istəmişəm. İndi isə ən güclü maşın Mercedes AMG-dir. Amma mən komandamda xoşbəxtəm. Yeni mühərrik ilə 30 ilə 80 arası at qüvvəsi qazandıq. Amma yenə də Mercedes AMG-dən 100 və ya 200 at qüvvəsi geridəyik. Keçən il mühərriyimizin çox problemləri var idi. Bu il isə əsas problem deyəsən, gücün azlığı olacaq…

Amma bu mövsüm fərqli olacaq, çünki keçənilki ilə müqayisədə daha güclü başlamışıq. Demirəm qələbələr qazanacayıq, amma vəziyyət daha yaxşı olacaq. Karyeramın ən gözəl mövsümünü keçirmək üçün çox istəkliyəm və buna hazıram. Maşın yaxşıdır. Bəzi limitləri var, amma mövsümboyu inkişaf etdiriləcəyini bilirəm”.

 Fernando həm də podiuma yüksəlmək şansları barədə də danışıb: “Hazırda bunun mümkün olub-olmayacağını deyə bilmərəm. Amma bir neçə yarışdan sonra niyə də olmasın? Avstraliyada yarışmaq üçün səbrsizlənirəm. Qarşımızda 21 yarışlıq uzun mövsüm var hər şey ola bilər. Əlimizə podiuma yüksəlmək şansı düşsə, ondan maksimum istifadə edəcəyik”.
Xatırladaq ki, Fernando Alonso Bakıda keçiriləcək Avropa Qran Prisinin rəsmi səfiridir və 8-9 mart tarixlərində paytaxtımızın qonağı olacaq.
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*