F-1.az xatırladır ki, Lyuis Həmilton dünən Mercedes ilə yeni ikiillik müqavilə bağladığını açıqlayıb.
Aston Martin komandası mövsünə yaxşı başlasa da, son yarışlarda inkişaf tempində geri qalıblar və onlar hazırda Mercedes-lə ikinci yer uğrunda mübarizə aparırlar.
Fernando Alonso: “Zandfortda qələbəyə yaxın idim. Mükəmməl Maks və məğlubedilməz Red Bull-a qarşı mübarizə aparırıq. Həm Red Bull, həm də Maks bu il bir-birlərini tamamlayırlar. Hər şeydə mükəmməldirlər. Məncə, Red Bull ən sürətli maşına sahibdir. Təkərləri rəqiblərindən yaxşı qoruyurlar. Ən yaxşı start alırlar və ən yaxşı pit-stopu onlar edirlər.
Hər sahədə ən yaxşıdırlar. Ən yaxşı maksimum sürət və minimum sürət performansı, DRS deltası və s. Yəni bu maşın hazırda rəqibsizdir. Maks üçün də vəziyyət eynidir. Sıralanma turunda ən yaxşısı odur. Mübarizədə ən güclüdür və pit-stoplarda yaxşıdır, çünki Red Bull ən yaxşı pit-stopları edir. Red Bull mexanikləri bu işdə çox yaxşıdırlar.
Bundan başqa sürücü vəzifəsini yerinə yetirməli və səhv etməməlidir. Onsuz da Maks səhv etmir. Buna görə ikisi də inanılmazdır. Bütün rekordları qırırlar. Görək rəqibləri və biz o səviyyəyə çatmaq üçün nə edəcəyik.
Bəzən Red Bull-a yaxınlaşırıq, ancaq performans, bəxt və pit-stop zamanlarında bir az da şansa ehtiyacımız var. Ümid edirəm ki, növbəti yarışlarda onlarla mübarizə aparacaq sürətimiz olar. Maksa yaxınlaşa bilsəm, bir az risk alaram.
Çempionatda ikinci yeri tutmaq çox çətindir. Yarışdıqca görəcəyik, amma Çeko ilə aramızda 33 xallıq fərq var. Onlar hər həftəsonuna ilk iki yeri hədəfləyərək başlayırlar.
Əsas məqsədimiz Mühəndislər Kubokunda hər iki maşınla xal qazanmaq və Ferrari-ni geridə sazlamaqdır, çünki getdikcə güclənirlər. Düzünü desəm, Sürücülər Çempionatında Peresdən çox Lyuisə fokuslanacağıq.
Həmiltonun ikiillik yeni müqavilə bağlamasına sevindim. Bu onun idmana olan sədaqətini göstərir. Yarışa olan sevgisini və fasilə vermədiyini göstərir.
Bəli, daha iki il burada yarışması çox gözəldir. Məncə, o idmanın ən yaxşılarından biridir və Formula1-də qalması idman üçün bir qazancdır. Ümid edirəm ki, iki ildən çox burada qalar”.