F-1.az xatırladır ki, Lyuis Həmilton mövsümün ilk iki yarışında rahatlıqla qələbə dublu etmiş Red Bull RB19 üçün gördüyü ən sürətli maşın demişdi.
Yeddiqat DünYa Çempionunun bu sözləri müzakirələrə səbəb olmuşdu. Çünki onun 2014-2016-cı illərdə sürdüyü Mercedes-lər çox sürətli maşınlar idilər və onlara rəqib yox idi.
Fernando Alonso: “Lyuisin RB19-la bağlı fikirləri ilə razı deyiləm. Səudiyyə Ərəbistanında keçirilən yarışda Red Bull-dan 20 saniyə geridə qalmışdım. 2015-ci ildə onunla Niko Rosberq ən yaxın rəqiblərindən 1 dəqiqə öndə olurdular. Lyuisin yaddaşı zəifləyib. Deyəsən qocalır”.