F-1.az bildirir ki, britaniyalı sürücü sosyal şəbəkə hesabında ekologiyadakı balansı qorumaqçün insanlara vegeteryan olmağı məsləhət görüb. Lakin Formula1 üzrə ikiqat Dünya Çempionu Alonso bu fikirlə razı deyil: “Yemək zövqüm barədə məlumat verməyəcəm. Lyuisin mesajını da heç vaxt yaymaram. Bu gün insanları belə bir aksiyaya səsləyib sabah əksini edə bilmərəm. Lyuisin həyat tərzindən hamımız xəbərdarıq. F1 pilotları ildə 200 dəfə uçurlar. Onlara “ət yeməyin” deyə bilməzsiniz”.
F.Alonso Həmiltonu tənqid edib
Sabiq Formula1 sürücüsü Fernando Alonso keçmiş komanda yoldaşı Həmiltonu tənqid edib.